İlham Əliyev deputat Fazail Ağamalıya “Şöhrət” ordeni verib

Prezident İlham Əliyev deputat, “Ana Vətən” partiyasının sədri Fazail Ağamalını “Şöhrət” ordeni ilə təltif edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

Deputat, bu ordenə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə layiq görülüb.