İspaniyada terror təhlükəsinin dördüncü səviyyəsi saxlanılıb

 İspan hüquq-mühafizə orqanlarının rəhbərləri ölkədə terror təhlükəsi səviyyəsini maksimum həddə – beşinci səviyyəyə qaldırmamağı qərara alıblar.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Xuan İqnasiyo Soido terror təhlükəsinin səviyyəsinin qiymətləndirilməsi ilə bağlı iclasdan sonra məlumat verib.

DİN başçısının sədrliyi ilə keçirilən iclasda Milli Polisin, Mülki Qvardiyanın, Milli Kəşfiyyat Mərkəzinin, Kataloniyanın hüquq-mühafizə orqanlarının (Mossos d’Esquadra) və Baskoniyanın hüquq-mühafizə orqanlarının (Ertzaintza) rəhbərləri iştirak edib.

Qeyd edək ki, İspaniya “yüksək səviyyə” sayılan dördüncə dərəcə terror təhlükəsi rejiminə 2015-ci il iyunun 25-də Fransa, Tunis, Küveyt və Somalidə eyni gündə terror hücumları baş verdiyi zaman keçib.

Əvvəlki məqaləMəktəb direktorları, müavinləri, metodist və dövlət qulluqçularının diaqnostik qiymətləndirilməsi aparılır
Növbəti məqalədəPrezident İlham Əliyev Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olub