Jurnalistlər Əvəz Zeynallı və Namiq Cəfərli Baş Prokurorluğa çağırılıb

Jurnalistlər Əvəz Zeynallı və Namiq Cəfərli Baş Prokurorluğa cağırılıblar.

Abzas.net xəbər verir ki, hər iki jurnalist bu barədə öz “Facebook” səhifələrində məlumat veriblər.

Əvəz Zeynallı hesab edir ki, hakimiyyətdaxili qruplaşmalar arasındakı toqquşmaları analiz etdiyinə görə Prokurorluğa çağırılıb.

“DİQQƏT BAŞ PROKURORLUĞA!
Baş Prokurorluq saat 15.00-da məni dəvət etdi. Eldar Sultanov zəng etmişdi, deyəsən, Rüstəm Usubov söhbət edəcək. Hakimiyyətdaxili qruplaşmalar haqqında hakimiyyət mediasının yazdıqlarının “tərcümə”sini vermişik, ölkəni bir-birinə vurublar. Haradan çıxıb ki, mənim analiz yazım Prokurorluqda müzakirə olunsun. Söz azadlığını bu həddə qədər endiriblər?!
Gedirəm Baş Prokurorluğa. Çay verəcəklərmi, bilmirəm?”, – deyə jurnalist bildirib.

Digər jurnalist, “infoAZ.org” saytının rəhəbəri Namiq Cəfərli isə Prokurorluğa cağırılma səbəbi haqda məlumatsız olduğunu bildirib:

“Dostlar, rəhbərlik etdiyim infoAZ.org saytına blok qoyulduqdan sonra saat 16:00-da Baş Prokurorluğa çağırılmışam. Hazırda məsələnin nə yerdə olduğu mənə məlum deyil.”