Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Bu barədə “Apasport” məlumat yayıb.

O, bu vəzifəyə qurumun prezidenti Chung Won Cho tərəfindən tərəfindən təyin olunub.

Belə ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.