KİV: Özbəkistan prezidentinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub

Asacon Xocayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə hökumətdəki mənbələrinə istinadən “daryo.uz” internet nəşri yazıb.

Məlumata görə, A.Xocayev dövlət müşavirinin müavini – prezidentin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub.

Öz növbəsində, “kun.uz” internet nəşri A.Xocayevin hazırda Səmərqənddə keçirilən “Şark taronalari” musiqi festivalının işıqlandırılmasındakı yol verdiyi xətalara görə vəzifəsindən azad edilib.

A.Xocayev Ş.Mirziyoyevin mətbuat xidmətinin rəhbəri vəzifəsinə bu ilin mart ayında təyin olunmuşdu.