Külək güclənəcək

Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

Abzas.net xəbər verir ki, havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 65-75%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  19-24°, gündüz  34-39 isti, dağlarda gecə 13-18°, gündüz  25-30° isti olacağı gözlənilir.