London metrosunda qatar yanıb

Böyük Britaniyanın paytaxtı Londonda Oksford Sirk metro stansiyasında Beykerli xəttində qatar alışaraq yanıb.

Böyük Britaniya KİV-nin məlumatına görə, hazırda stansiya bağlıdır, sərnişinlər evakuasiya edilib, polis və yanğınsöndürənlər hadisə yerinə gəliblər.

Polisdən qatarların hərəkətinin müvəqqəti dayandırıldığı bildirilib.