Məşhur fransız aktrisası Mirey Dark vəfat edib

Fransız aktrisa və model Mirey Dark bazar ertəsinə keçən gecə 80 yaşında vəfat edib. 

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

M.Darkın filmoqrafiyasına onlarla film daxildir, amma çoxları onu “Qara ayaqqabılı ucaboy sarışın” filmində əsas qadın rolunu canlandıran qadın kimi xatırlayır.

O, 15 il ərzində Fransa kinematoqrafiyasının ulduzu Alen Delonla yaşayıb, lakin əlaqələri rəsmi qeydiyyata salınmayıb.

Son illərdə aktrisa ciddi sağlamlıq problemlərindən əziyyət çəkib, həmçinin üç dəfə beyninə qan sızıb, iki dəfə ürək əməliyyatı keçirib.