Masallıda 3-cü kurs tələbəsi özünü asıb

Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, kənd sakini Bəşirov Sədi özünü asaraq öldürüb. İntiharın səbəbləri hələlik məlum deyil.

S.Bəşirov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.