Mehman Əliyevə yeni ittiham irəli sürüldü, məhkəməyə aparılır [Fotolar]

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə yeni ittiham irəli sürülüb.

Abzas.net xəbər verir ki, Mehman Əliyev Yasamal Rayon Məhkəməsinə aparılır.

Ona Cinayət Məcəlləsinin 192.2 (Qanunsuz sahibkarlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb. Baş redaktor barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.

Mehman Əliyev Avqustun 24-də saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə gətirilmişdi. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Avqustun 25-də Turan İnformasiya Agentliyi bəyanat yayaraq sentyabrın 1-dən fəaliyyətini dayandıracağını elan edib.

Avqustun 16-ı Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinin ofisində axtarış aparıb.

Jurnalistlər və hüquq müdafiəçiləri agentliyə qarşı cinayət işinin açılmasını Azərbaycanda söz və mətbuat azadlığına növbəti basqı kimi qiymətləndirirlər.