“Meksika hər bir halda divarın xərclərini ödəyəcək” – Donald Trump

ABŞ prezdenti Donald Trump ölkənin cənub sərhədində qeyri-qanuni mühacirətin qarşısını almaq üçün təklif etdiyi divarın tikintisinə görə xərclərin Meksika tərəfindən ödəniləcəyi fikrindən geri çəkilmir.

Trump bu barədə bazar ertəsi, Finlandiya prezidentini Ağ Evdə qonaq qəbul etdiyi zaman yenidən danışıb.

“Bu və ya digər yolla Meksika divarın məsrəflərini ödəyəcək. Bu belədir. Bu kompensasiya yolu ilə də ola bilər. Amma istənilən halda Meksika divara görə ödəyəcək”, – deyə, ABŞ prezidenti bildirib.

Trump bu yaxınlarda Konqresi divarın maliyyələşməsini təsdiq edilmədiyi halda federal hökümətin bağlanması ilə hədələyib.

Meksika prezidenti isə öz növbəsində, birmənalı qarşılanmayan divarın tikintisinə sərf ediləcək xərcləri ödəməyəcəyini bildirib.