Misirdə iki avtobus toqquşaraq körpüdən aşıb: 14 nəfər ölüb, 42 nəfər xəsarət alıb

Misirin paytaxtı Qahirədə iki avtobusun toqquşması nəticəsində ağır qəza baş verib.

Abzas.net xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat verib.

El-Minya yolunda baş verən qəza zamanı iki avtobus toqquşaraq körpüdən aşıb.

Hadisə nəticəsində 14 nəfər ölüb, 42 nəfər yaralanıb.