Misirdə iki qatarın toqquşması nəticəsində 49 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb

Misirdə iki qatarın toqquşması nəticəsində 49 nəfər ölüb.

Abzas.net xəbər verir ki, Misirin Aleksandriya şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb. 100-dən çox insanın xəsarət aldığı bildirilir.

Bu barədə “Sinxua” agentliyi məlumat verib.

Aleksandriyanın qubernatoru Məhəmməd Sultan bildirib ki, mütəxəssislər qatarların toqquşmasının mümkün səbəbini tapıblar.

“Əldə olan məlumatlara görə, qəzaya görə məsuliyyəti arxadan gələn qatarın sürücüsü daşıyır. O, artıq başqa bir heyətin olduğu yerə gedən yolda qadağan edən işarəni görməyib, bu da faciəyə gətirib çıxarıb”, – deyə qubernator bildirib.