Moldova Rusiya baş nazirinin müavinini “arzuolunmaz şəxs” elan edib

Moldova hakimiyyəti Rusiya baş nazirinin müavini Dmitriy Roqozin-i “persona non qrata” yəni ki “arzuolunmaz şəxs” elan edib.

Abzas.net xəbər verir ki, bu, baş nazirin müavini, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur tərəfindən təklif edilib və nazirlər kabinetinin iclasında qərara alınıb.

Qalbur-un sözlərinə görə, hakimiyyət bu addımı Roqozin-in ardıcıl bəyanatlarına görə verib. O, baş nazirin müavinin “Rossiya 24”-ə verdiyi müsahibəni xüsusi olaraq vurğulayıb və bu ləkələyici bəyanatların Moldova və onun vətəndaşlarına ünvanlandığını bildirib.

Moldova XİN rəhbəri bildirib ki, Roqozin-ə Moldovaya daxil olmaq və Moldovanın ərazisindən tranzit kimi istifadə etmək qadağan olunacaq.

Roqozin Moldovo-Rusiya hakimiyyətlər arası komissiyanın sədr müavini və Rusiya prezidentinin Dnestryanı üzrə xüsusi nümayəndəsidir.