Moskva öz kriptovalyutasını yarada bilər

Moskva şəhəri gələcəkdə öz kriptovalyutası – “Moscowcoin”ı buraxa bilər. 

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu açıqlamanı “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Etherium” blokçeyn platformasının qurucusu Vitaliy Buterinlə açıq danışıqları zamanı verib.

Görüş zamanı V.Buterin, öz növbəsində, bildirib ki, kriptovalyutaların digər pul növlərini əvəz etməsi mümkün görünmür: “Düşünürəm ki, 20, 30 və ya 40 il sonra bizim cüzdanımızda müxtəlif valyutalar yarana bilər”.

Buterin həmçinin gələcəkdə şəhərlərin öz valyutalarını buraxa biləcəyini vurğulayıb. Qorkov misal olaraq “Moscowcoin”ın yarana biləcəyini deyib.

“Sberbank”ın İnvestisiya-korporativ biznes Departamentinin rəhbəri İqor Bulantsev qeyd edib ki, kriptorubl yaradılacağı təqdirdə, Rusiya dünyanın qabaqcıl ölkələrindən birinə çevrilə bilər.