MSŞK-nın Monitorinq Qrupunun rəhbəri polis tərəfindən saxlanılıb

Mədən Sənayesində Şəffaflıq Koalisiyasının Monitorinq Qrupunun rəhbəri Cəmil Hacıyev polis tərəfindən saxlanılıb. 

Abzas.net xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Fuad Həsənov məlumat yayıb. O, bildirib ki, Cəmil Hacıyevlə qısa da olsa telefonla danışa bilib.

Məlumata görə, Cəmil Hacıyev bir neçə saat öncə 4-cü polis bölməsinə gətrildiyini bildirib. Söyləyib ki, hal hazırda Binəqədi Rayon Məhkəməsinə aparırlar. Onu “Dəftərxana” qapısını təpikləyərək xuliqanlıq etməkdə ittiham edirlər.

Fuad Həsənov saytımıza açıqlamasında bildirib ki, Cəmil Hacıyev artıq sərbəst buraxılıb. Onun sözlərinə görə, Cəmil Hacıyevin məhkəməsi təxirə salınıb. Ondan çağırılan zaman məhkəməyə gəlməsi ilə bağlı iltizam alıb sərbəst buraxıblar.