Nərimanov rayonunda binada yanığın olub [Video]

Bakının Nərmanov rayonunda yaşayış binasında yanığın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Abzas.net xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nərimanov rayonu ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 16:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.