Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb

Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə Report-a onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, N.Allahverdiyevin səhhəti hazırda normaldır: “Yanıqlar çox da ciddi deyil. Məhkəmə qərarından apellyasiya şikayəti vermək barədə isə hələ qərar verməmişik. Bizim üç gün vaxtımız var”.

Xatırlatma

Əli Həsənovun nəvəsi, Elçin Quliyevin kürəkəni olan Nail Allahverdiyev Aavqustun 3-də Heydər Əliyev prospektində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol qəzasını törətməkdə ittiham edilir.

1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, həmin qəzada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin 1995-ci il təvəllüdlü sürücüsü Mirməhəmməd Əlövsət oğlu İsmayılov da 1 ay müddətinə inzibati qaydada həbs olunub.