“Nar bağı” filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda bir sıra məslələr müzakirə olunub.

Komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filminin Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına namizədliyi təqdim edilib.