Neymar 222 milyon avroya “PSG”-yə transfer oldu

Fransanın “Paris Sent-Germain” (PSG) klubu Braziliya yığmasının hücumçusu Neymarla 5 illik müqavilə bağlayıb. 

Abzas.net xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat verib.

Neymar “PSG” ilə 5 illik müqavilə imzalayıb. Bu müddətdə braziliyalı super ulduz ilinə 30 milyon avro alacaq. Bundan əlavə 20-70 milyon arası müqavilə bonusu nəzərdə tutulub.

“Barselona” Neymarın transferinə görə 222 milyon avro qazanıb. Bununla da Neymar futbol tarixinin hələ ki, ən bahalı transferi statusuna yiyələnib.

“PSG” 5-ci gün onu jurnalistlərə, şənbə günü isə azarkeşlərə təqdim edəcək. Və o, elə şənbə günü Fransa çempionatının birinci turu çərçivəsində baş tutacaq “PSG” – “Amyen” qarşılaşmasında iştirak edə biləcək.