Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək

İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.

Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi bu gün – avqustun 4-də parlamentdə keçiriləcək.