Ötən il ABŞ-ın bir ştatında polis 157 nəfəri öldürüb

Ötən il polislə toqquşma nəticəsində Kaliforniyada 157 nəfər güllələnərək öldürülüb.

“Report” “Los Angeles Times”a istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatı baş prokurorunun hesabatında bildirilib.

Hesabata əsasən, 2016-cı ildə polis 782 hadisədə güc tətbiq edib. Onlardan 55-i Los-Ancelos dairəsində qeydə alınıb.