Pakistanda baş vermiş partlayış nəticəsində 34 nəfər yaralanıb

Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində 34 nəfər yaralanıb.

Abzas.net xəbər verir ki, şəhərin qərb hissəsində yük maşını partladılıb.

Hadisə nəticəsində yaxınlıqda yerləşən bina və avtomobillər ziyan görüb.

Meyvə-tərəvəzlə dolu olan yük maşınının partladıldığı bildirilir..

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.