PAOK-un futbolçusunun “Qarabağ”a icarəsi ilə bağlı yekun qərar bu gün veriləcək

Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin “Qarabağ” komandasına icarəyə göndərilməsi ilə bağlı yekun qərar bu gün veriləcək.

“Report”un sport24.gr saytına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçinin meneceri bu gün Salonikiyə gələrək, PAOK-un idman direktoru Lüboş Mixel ilə görüşəcək. Görüş zamanı 27 yaşlı oyunçunun gələcək karyerası ilə bağlı yekun qərar veriləcək.

Daha öncə İsveçrə “Sürix”ində oynamış Pedro Enrike 2016-cı ildə Fransa “Renn”indən PAOK-a keçib. Braziliyalı vinger Yunanıstan klubunda 23 oyunda 6 qol vurub.