Prezident “Qarabağ”ın heyətini qəbul etdi – 2 milyon pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib. Məlumatı prezidentin mətbuat xidməti yayıb. 

Abzas.net xəbər verir ki, İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə sərəncam da imzalayıb.

Sərəncamda klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.

Xatırlatma

Avqustun 23-ü Qarabağ futbol klubu Çempionları Liqasının play-off turu çərçivəsində Danimarkanın Kopenhagen klubunun qonağı olub.

Bakıda rəqibini 1-0 məğlub edən Qarabağa cavab oyununda istənilən bərabərlik və rəqib qapısına qol vurmaqla, istənilən 1 qolluq gerilik sərf edirdi.

Rəqibinə 2-1 uduzan Qarabağ iki oyunun nəticəsinə görə qalib gəldi. Klub həm öz, həm də Azərbaycan tarixində Çempionlar liqasının qrupuna düşən ilk Azərbaycan klubu oldu.