Putin Lavrov-un müavinini ABŞ-a səfir təyin edib

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonov-u Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Abzas.net xəbər verir ki, bu barədə “kremlin.ru” məlumat verib.

Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.

Bundan əlavə, Antonov Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Rusiyanın daimi nümayəndəsi vəzifəsini də icra edəcək.

Eyni zamanda, Putin sərəncamları ilə Anatoli Antonov-u xarici işlər nazirinin müavini, Sergey Kislak-ı isə Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad edib.

Xarici işlər nazirinin müavini olmamışdan öncə, Anatoli Antonov Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışıb.