“Qəbələ” ispaniyalı futbolçu ilə yollarını ayırıb

“Qəbələ” futbol klubu mövsümlərarası fasilədə heyətinə qatdığı Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırıb.

Bu barədə “Report”a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

“Qırmızı-qaralar”dan ayrılmaq istəyən 28 yaşlı ispaniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, dünən Azərbaycanı tərk edib.

Qeyd edək ki, “Qəbələ” iyunun 15-də Xavi Ernandes Qonzales kimi tanınan yarımmüdafiəçi ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalamışdı.