“Qarabağ” klubu Azərbaycana qayıtdı [Foto-video]

Danimarkada “Kopenhagen”lə təkrar “pley-off” matçındakı sərfəli nəticə ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” komandası Azərbaycana  qayıdıb.

Abzas.net xəbər verir ki, çoxlu sayda azarkeş Qarabağı qarşılamaq üçün Heydər Əliyev adına Hava limanına toplaşıb.

Tərəfdarların önünə ilk olaraq klubun prezidenti Tahir Gözəl çıxıb. Daha sonra, məşqçilər və futbolçular da insanların təbriklərin qəbul ediblər.

“Qarabağ” Bakıda 1:0 hesabı ilə yendiyi “Kopenhagen”ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.