“Qarabağ”ın Çempionlar Liqasının play-off mərhələsindəki rəqibi müəyyənləşib

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının play-off mərhələsindəki rəqibi müəyyənləşib.

Abzas.net xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı “səpələnməmişlər səbəti”ndə yer alan ölkə çempionuna 5 potensial rəqib arasından Danimarka çempionu “Kopenhagen” klubu düşüb.

Play-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.