Qızıl 10 dollar ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,62% – 21 993,71 bəndədək, S&P 500 1,00% – 2 465,84 bəndədək, NASDAQ isə 1,34% – 6 340,23 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,60% – 7 353,89 bəndədək, Almaniya DAX-ı 1,26 – 12 165,12 bəndədək, Fransa CAC-40-ı isə 1,20% – 5 121,67 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 9,90 dollar azalaraq 1 280,50 dollara, gümüş isə 0,24 dollar ucuzlaşaraq 16,88 dollara satılıb.