Qızıl 10 dollar ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,24% – 22 016,24 bəndədək, S&P 500 0,05% – 2 477,57 bəndədək bahalaşıb, NASDAQ isə 0,00% – 6 362,65 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,16% – 7 411,43 bəndədək, Almaniya DAX-ı 0,57% – 12 181,48 bəndədək, Fransa CAC-40-ı isə 0,39% – 5 107,25 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,00 dollar azalaraq 1 268,40 dollara, gümüş isə 0,22 dollar ucuzlaşaraq 16,51 dollara satılıb.