Qızıl bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,02% – 21 808,40 bəndədək ucuzlaşıb, S&P 500 0,05% – 2 444,24 bəndədək, NASDAQ isə 0,28% – 6 283,02 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,08% – 7 401,46 bəndədək, Almaniya DAX-ı 0,37% – 12 123,47 bəndədək, Fransa CAC-40-ı isə 0,48% – 5 079,75 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar artaraq 1 322,00 dollara, gümüş isə 0,02 dollar bahalaşaraq 17,55 dollara satılıb.