Qızılın qiyməti 6 dollara yaxın artıb

Amerika fond bazarında Dow Jones indeksi 0,14% – 21 813,67 bəndədək, S&P 500 0,17% – 2 443,05 bəndədək bahalaşıb, NASDAQ isə 0,09% – 6 265,65 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,08% – 7 401,46 bəndədək, Almaniya DAX-ı 0,11% – 12 167,94 bəndədək, Fransa CAC-40-ı isə 0,17% – 5 104,33 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,90 dollar artaraq 1 291,35 dollara, gümüş isə 0,09 dollar bahalaşaraq 17,13 dollara satılıb.