Qızılın qiyməti 8 dollar düşüb

Amerika fond bazarında Dow Jones indeksi 0,33% – 21 963,92 bəndədək, S&P 500 0,24% – 2 476,35 bəndədək, NASDAQ isə 0,23% – 6 362,94 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,70% – 7 423,66 bəndədək, Almaniya DAX-ı 1,10% – 12 251,29 bəndədək, Fransa CAC-40-ı isə 0,65% – 5 127,03 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,00 dollar azalaraq 1 271,40 dollara, gümüş isə 0,14 dollar ucuzlaşaraq 16,62 dollara satılıb.