“Real Madrid” İspaniya Superkubokunun qalibi olub

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

Abzas.net xəbər verir ki, ilk görüşdə səfərdə katalonları 1:3 hesabı ilə məğlub edən Madrid təmsilçisi cavab oyununda əzəli rəqibini “”Santiago Bernabeu”-da qəbul edib.

“Kral Klubu” bu dəfə də “Barcelona”-dan güclü olub və 2:0 hesabı ilə qələbə qazanıb.

Oyunda qolları Marco Assensio (4) və Karim Benzema (39) vurub.

Bu “Real” Madridin tarixi ərzində qazandığı 10-cu İspaniya superkuboku olub.