“Real Madrid”in kapitanı antirekordçu futbolçular siyahısına düşüb

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Serxio Ramos La Liqa tarixində ən çox qırmızı vərəqə alan Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb.

“Report”un məlumatına görə, 31 yaşlı mərkəz müdafiəçisi bu siyahıya ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçından sonra qoşulub. O, 18-ci dəfə meydandan qovulub.

“Real Madrid” “Deportivo”nu 3 cavabsız qolla məğlub edib. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Pablo Alfaro və Xavi Aquado karyeralarını artıq başa vurublar. Bu səbəbdən, “kral klubu”nun kapitanının gələcəkdə yeni antirekord müəyyənləşdirməsi mümkündür.