“Rosneft”-in rəhbərliyinə seçilən Almaniyanın keçmiş kansleri Merkel tərəfindən tənqid olunub

Almaniya federal kansleri Angela Merkel sabiq kansler Gerhard Schröder-in Rusiyanın dövlət şirkəti “Rosneft”-in Direktorlar Şurasına üzv seçilməsini tənqid edib.

A.Merkel “Bild” qəzetinə açıqlamasında bunu anormal adlandırıb: “Schröder-in hərəkəti normal deyil”.

A.Merkel siyasi karyerasını tamamladıqdan sonra biznesə getməyəcəyini söyləyib.

G.Schröder bu vəzifəyə “Rosneft”in rəhbəri İqor Seçin və beynəlxalq səhmdarlar tərəfindən dəvət olunduğunu və bu dəvətdən imtina etməyəcəyini deyib. O, ildə 350 min dollar alacaq.