Rusiyda hərbi müəssidədə yanğın baş verib

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində “Uralvaqonzavod” müdafiə sənayesi müəssisəsində yanğın baş verib.

APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, zavodun rəngləmə sexində başlayan yanğın 80 kvadrat metr ərazini əhatə edib.

Yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə briqadaları və texnika cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.