Səhiyyə Nazirliyi tələbə adını qazanmış abituriyentlərə müraciət edib

Səhiyyə Nazirliyi Azərbaycan Tİbb Universitetinin yeni tələbələrinə müraciət edib.

Abzas.netə verilən məlumata görə, avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə başlanıb.

 Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, forması əvvəlcədən ATU-nun rəsmi internet saytında  və Facebook səhifəsində yerləşdirilib. Tələbə adını qazanan gənclər qeydiyyata dair suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar.

Eyni zamanda, abituriyentlər universitetdə qeydiyyatla bağlı yaradılmış Qaynar Xətt telefon nömrəsi ilə də əlaqə saxlamaqla onları maraqlandıran məsələlərə aydınlıq gətirirlər.

I kurs tələbələrinin qeydiyyatı avqustun 25-ə qədər davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır.