Səudiyyə Ərəbistanı və İraq 27 ildir bağlı olan sərhədləri açmaq qərarına gəliblər

Səudiyyə Ərəbistanı və İraq 1990-cı ildən bəri bağlı olan iki ölkə arasındakı Arar keçid məntəqəsini açmaq qərarına gəliblər.

“Qazeta.Ru”-nun məlumatına görə, sərhədlər İraqın sabiq prezidenti Səddam Hüseynin Küveytə hücum etməsindən sonra bağlanmışdı. Son 27 il ərzində sərhədlər yalnız ildə bir dəfə – Həcc ziyarət zamanı açılırdı.

Bu məqsədlə hər iki ölkənin rəsmilər sərhəd ərazilərə baş çəkib, həmçinin onlar İraqdan olan zəvvarlarla söhbətləşiblər.

İraqın Ənbar vilayətinin rəhbəri Sohaib əl-Ravi Arara gedən yolu qorumaq məqsədilə hərbçilər göndərildiyini bəyan edib. Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımdır.