Tam Günəş tutulması baş verib

Avqustun 21-də tam Günəş tutulması baş verib. 
Abzas.net xəbər verir ki, tutulma müddəti 2 dəqiqə 40 saniyə təşkil edib.

Ayın yer səthinə saldığı kölgənin eni 115 kilometr təşkil edib.

Ümumilikdə proses Bakı vaxtı ilə saat 19:47-də başlayıb və 01:04-də yekunlaşan proses öz maksimumu saat 22:26-ya təsadüf edib.

Azərbaycandan izlənilməsi mümkün olmayan bu hadisə, ABŞ-ın bütün ştatlarını əhatə edib. Hadisəni yalnız ABŞ sakinləri izləyə bilib.

Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan “DKIST” vasitəsi ilə izlənilib.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.