Trump Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan sənədi imzalamaq qərarına gəlib

ABŞ prezidenti Donald Trump Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan sənədi imzalamağa qərar verib.

Abzas.net xəbər verir ki, bu barədə Tbilisidə keçirdiyi mətbuat konfransında vitse-prezident Mike Pence məlumat verib.

O, bu qərarın yaxın günlərdə qanun halına gələciyini bildirib və qeyd edib ki, Rusiya öhdəliklərinə əməl etsə, bu məsələyə yenidən baxıla bilər.

“ABŞ sanksiyaların ləğvinin tərəfdarıdır, lakin bu, yalnız Rusiyanın üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyi təqdirdə baş verə bilər”.

İyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Yeni qanuna əsasən, prezident, Konqressin razılığı olmadan sanksiyaları ləğv edə bilməz.