Trump Venesuella rəhbərliyindən müxalifət liderlərini azad etməyi tələb edib

ABŞ prezidenti Donald Trump Venesuella rəhbərliyindən, ev dustaqlığının “şərtlərinə əməl etməmələri” səbəbilə həbsxanaya göndərilən müxalifət liderləri Leopoldo Lopes-i və Antonio Ledesma-nı dərhal azad etməyi tələb edib.

Abzas.net xəbər verir ki, ABŞ prezidentinin bu barədə bəyanatını Ağ evin mətbuat xidməti yayıb.

“”ABŞ Maduro diktatorluğunun (Venesuella prezidenti Nicolas Maduro) hərəkətlərini qınayır. Lopes və Ledesma rejim tərəfindən qanunsuz şəkildə azadlıqdan məhrum edilmiş siyasi məhbuslardı”, – deyə bəyantda bildirilir.

Trump qeyd edib ki, Lopes, Ledesma və digər siyasi məhbusların sağlamlığından və təhlükəsizliyindən şəxsən Maduro məsuliyyət daşıyır.

“Biz bütün siyasi məhbusları dərhal və qeyd-şətsiz azat etməyi tələb edirik”, – prezident vurğulayıb.