Türkiyə ordusuna yeni komandanlar təyin olunub

Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və havaqüvvələrinin komandanları dəyişdirilib.

“Hürriyet”-in məlumatına görə, bu gün Ankarada Ali Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb. Generallar – Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub.

Qaydalara uyğun olaraq, Yaşar Gülər hazırkı Baş Qərargah rəisi Hulusi Akar təqaüdə çıxdıqdan sonra onun yerini tutacaq.

MƏNBƏAPA
Əvvəlki məqaləABŞ Federal Təhqiqatlar Bürosuna yeni direktor təyin olunub
Növbəti məqalədə“AXCP” üzvü Fuad Əhmədlinin Apellyasiya Məhkəməsi başlayıb