UEFA “Kopenhagen”-in “Qarabağ”ın kapitanı ilə bağlı şikayətini rədd edib

UEFA Danimarka “Kopenhagen”inin “Qarabağ”ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.

“Kopenhagen”in rəsmi saytının məlumatına görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də “Parken” stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.