Ukrayna ilə Rusiya atəşkəsə dair razılığa gəlib

Ukrayna prezidenti Petro Poroshenkonun ölkənin şərqində yeni dərs ili ərəfəsində, 23 avqustdan başlayaraq qüvvəyə minəcək atəşkəs təklifi Rusiya, Almaniya, Fransa və Birləşmiş Ştatlar tərəfindən yekdilliklə dəstəklənib.

Poroşenklo bu təklifi avqustun 22-də gecə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron-la telefon danışığı zamanı səsləndirib.

Bu xəbəri Poroshenko-nun administrasiyası və Kremlin mətbuat xidməti təsdiq edib.

Atəşkəs rəsmən avqustun 23-də elan ediləcək. Macron və Merkel-in administrasiyaları da hadisə ilə bağlı bəyanat yayıb.

Poroshenko-nun ofisi bildirib ki, liderlər yeni atəşkəsin “təhlükəsizlik vəziyyətinin davamlı normallaşdıracağına, habelə məktəbli uşaqları və bütövlükdə Donbas əhalisini sevindirəcəyinə inanırlar”.

Ukrayna münaqişəsi üzrə ABŞ-ın xüsusi elçisi Kurt Volker bundan əvvəl “Baltic News Service” agentliyinə demişdi ki, Birləşmiş Ştatlar atəşkəs razılaşmasını tam dəstəkləyir.

Volker avqustun 23-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkin-lə görüşəcək.

Volker deyib ki, uşaqların məktəbə başlayacaqları ərəfədə elan edilmiş atəşkəs “yaxşı ideyaya oxşayır”.

Volker habelə avqustun 21-də Kreml müşavirlərindən Vladislav Surkov-la görüşü barədə ilk dəfə şərh verib. Bu görüşdən sonra Surkov bəyan etmişdi ki, onlar “təzə ideyaları” müzakirə ediblər.

Avqustun 23-də ABŞ müdafiə naziri James Mattis-in də Kiyevə gələcəyi gözlənilir.

2014-cü ildən indiyədək Ukraynanın şərqində elan edilmiş bir neçə atəşkəs davamlı olmayıb.

Beləki atəşkəsdən istifadə edən rusiyayönlü separatçılar Donetsk və Luqansk vilayətlərində böyük əraziləri zəbt ediblər.

MƏNBƏAzadliq.org
Əvvəlki məqaləUEFA reytinqində bir pillə geriləyən Azərbaycan 23-cü pillədə qərarlaşıb
Növbəti məqalədəDünya çempionunu öldürənin ‘başına’ 500 min pul qoyulub