Venesuelada “Konstitusiya assambleyası” parlamentin səlahiyyətlərini ləğv edib

Venesuelada yeni yaradılan “Konstitusiya assambleyası” müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

“Konstitusiya assambleyası”nı yalnız president Maduronun parlamentdəki tərəfdarları seçib.

Prezident bununla konstitusiyaya düzəlişlər etmək istəyir.

Müxalifət və vətındaş cəmiyyəti fəalları deyir ki, hakimiyyətin məqsədi hakimiyyəti tam ələ keçirməkdir.

Qərb ölkələrinin əksəriyyəti, regional dövlətlər və beynəlxalq təşkilatlar heasab edir ki, Venesuelada fundamental demokratiya pözulub.

Bu ilin aprelindən ölkədə etirazçılarla hüquq-mühavizə orqanlarının əməkdaşları arasında gedən toqquşmalarda təxminən 130 adam ölüb.

Ölkə hazırda dərin social-iqtisadi böhran içindədir-ərzaq və dəva-dərman qıtlığı yaranıb,qiymətlər sürətlə qalxır,yerli valyutanın dəyəri düşür.