Vladimir Kliçko boksdan gedir

Ukraynalı boksçu Vladimir Kliçko peşəkar idman karyerasını başa vurmaq qərarına gəlib.

O, bunu rəsmi bəyanatında bildirib.

“Peşəkar boksçu kimi bütün arzularıma çatmışam, karyeramı bundan sonra idman xaricində qurmaq istəyirəm”, – Kliçko bəyanatında qeyd edib.

Aprelin 29-da 41 yaşlı Vladimir Kliçko britaniyalı Anthony Joshua ilə döyüşdə Wembley stadionunda məğlub olub.

Kliçko bu ilin noyabr ayında Joshua ilə Las Vegas-da bir daha görüşməli idi, lakin revanş matçından imtina etmək qərarına gəldi.

Kliçko peşəkar boksa 1996-cı il Olimpiadasında qələbə qazandıqdan sonra keçib.

O, ağır çəkidə WBO, WBA v IBF versiyalarında dəfələrlə dünya çempionu adını qazanıb.

Peşəkar boksda ilk çempionluq titulunu Kliçko 2000-ci ildə, amerikalı Chris Byrd-a qalib gələrək qazanıb.

Peşəkar karyerası ərzində Kliçko 69 döyüş döyüş keçirib, onlardan 64-nü – o cümlədən, 54-nü nokautla – qazanıb.

Öz çıxışları ərzində Vladimir Kliçko cəmi 5 dəfə məğlub olub.

MƏNBƏBBC
Əvvəlki məqaləİranla Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşma təsdiqlənib
Növbəti məqalədəƏfqan Muxtarlının telefon və “Whatsapp” məlumatları qanunsuz ələ keçirilib