Ərdoğan iddiaları yalanladı: “Elə bir niyyətim yoxdur”

“Mənim Əsədlə görüşməyə niyyətim yoxdur”

Abzas.net Hurriyete istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qazaxıstan səfərindən geri dönən prezident jurnalistlərin sualların cavablayıb.

Bəşər Əsədlə baş tutan gizli görüşü barəsində iddiaları təkzib edən Ərdoğan deyib ki, Bəşər Əsədlə hər hansısa bir görüşü baş tutmayıb.

“Əsədlə aramızda heç bir görüş baş tutmayıb. Bundan sonra da mənim onunla görüşməyə niyyətim yoxdur” – deyə Türkiyə prezidenti əlavə edib.