2,9 milyarda nələr etmək olardı: Pensiyaları 2 dəfə, maaşları 3-10 dəfə artırmaq…

İqtisadçı ekspert Qubad İbadoğlu OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” araşdırması ilə bağlı öz dəyərləndirməsini yayıb.

Abzas.net xəbər verir ki, ekspert 2,9 milyard dolları hazırkı məzənnə ilə manata çevirəndə 5 milyard manat etdiyini bildirir.

Onun sözlərinə görə, bu vəsait hesabına kateqoriyasından asılı olmayaraq bütün pensiyaçıların illik təqaüdlərini 2 dəfə, dövlət sektorunda çalışan müəllimlərin əmək haqqını 3 dəfə, səhiyyə və sosial xidmət işçilərinin maaşlarını isə 10 dəfə artırmaq olardı.

‘2.9 milyard dollar ötən ilin neft gəlirlərinin 90 faizi qədərdir’

“Bu vəsait ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 90 faizini təşkil edir. Eləcə də Gömrük Komitəsinin 2016-cı ildə dövlət büdcəsinə ödənişlərindən 2,2 dəfə çoxdur”.

Q.İbadoğlu bildirir ki, 2,9 milyard dollar 1 il ərzində gizli iqtisadiyyatda qazanılan və xaricdə yuyulan çirkli pulların 10 faizə qədərini təşkil edir:

Maliyyə cinayətləri arasında ən ağırı və təhlükəlisi

“Çünki, son hesablamalara görə, Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi ümumi daxili məhsulun (ÜDM) 67 faizini təşkil edir və qeyri-formal iqtisadiyyatda qazanılan pulların çox hissəsi məhz xaricdə, xüsusilə də ofşor zonalarda ‘yuyulur’”.

Buna da bax: Daha bir korrupsiya şəbəkəsi: Nağıyevlər, Eyyubovlar və…

Qubad İbadoğlu

İqtisadçı deyir ki, çirkli pulların yuyulması maliyyə cinayətləri arasında ən ağırı və təhlükəlisi hesab olunur:

Ən çox itirən milli iqtisadiyyat və Azərbaycan vətəndaşları

“Fikrimcə, xarici sərmayələrin cəlb edilməsi üçün davamlı investisiya forumları təşkil edən və əlverişli biznes mühitinə dair siyasi bəyanatlar verən Azərbaycan hakimiyyətinə bundan böyük zərbə ola bilməz”.

Bunu da oxu: “3 milyard” araşdıması dünyanı və Azərbaycanı silkələyir [baş verənlər]

İqtisadçı hesab edir ki, hətta, bundan sonra Azərbaycanda fəaliyyət göstərən investorlar da ölkədən getməyə üstünlük verəcəkdir.

“Bundan da ən çox itirən milli iqtisadiyyat və Azərbaycan vətəndaşları olacaq”, – iqtisadçı vurğulayır.

“Erməni lobbisi, Azərbaycan sevməyən qüvvələr…”

Ancaq rəsmilər isə OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırmasını qərəzli və əsasız hesab edirlər. Rəsmilər bəyan ediblər ki, orada əks olunan məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.

Bunu da oxu: Azərbaycan hakimiyyətinin 2.8 milyardlıq pulyuma əməliyyatı 

Azərbaycan hakimiyyətini təmsil edən şəxslər hesab edirlər ki, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

Xatırlatma

Son günlərin əsas mövzusunu təşkil edən bu araşdırmada vurğulanır ki, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar pul çıxarılıb. Həmin pulların Avropada rüşvət kimi verildiyi, məmurların şəxsi istirahəti, şəxsi vəsaitləri kimi xərclərdikləri, mənimsənildiyi iddia olunur.